14 C
Baku
Saturday, April 27, 2024

Azərbaycanda bəzi qiymətli kağızlar emissiya prospekti üzrə tələblərdən azad edildi

İnvestisiya qiymətli kağızlarının kütləvi təklifi emissiya prospekti ilə müşayiət olunmalıdır. Emitent və ya investisiya qiymətli kağızlarını təklif edən şəxs investisiya qiymətli kağızlarının tənzimlənən bazarda ticarətə buraxılması üçün emissiya prospekti tərtib etməlidir.

Bu məsələ Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin təsdiq etdiyi “Emissiya prospektinə və informasiya memorandumuna dair tələblər haqqında Qaydalar”da nəzərdə tutulub.

Bununla yanaşı, qaydalara əsasən, aşağıdakı hallarda emitent emissiya prospektinin tərtib edilməsindən azaddır:

– dövlət və bələdiyyə, Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatlar və ya Azərbaycan Mərkəzi Bankı tərəfindən investisiya qiymətli kağızları emissiya edildikdə;

– dövlət zəmanəti ilə təmin edilən investisiya qiymətli kağızları emissiya edildikdə;

– səhmdarlardan ödəniş tələb etməyən və dividendlərin ödənilməsi əvəzinə, mövcud olan səhmlərlə eyni növdə buraxılan səhmlər emissiya edildikdə;

– tənzimlənən bazarda bir təqvim ili ərzində buraxılan səhmlər emitentin nizamnamə kapitalının on faizindən az olan hissədə kütləvi təklif edildikdə;

– investisiya qiymətli kağızlar konvertasiya edildikdə;

– investisiya qiymətli kağızlarının kütləvi təklifi nəzərdə tutulmadıqda.

Emissiya prospektinin əvəzinə aşağıdakı hallarda informasiya memorandumu tərtib edilir:

– investisiya qiymətli kağızları, o cümlədən bu növ investisiya qiymətli kağızlarına hüquqlar, qoşulan hüquqi şəxsin səhmdarlarına və ya payçılarına təklif edildikdə və onların arasında yerləşdirildikdə;

– investisiya qiymətli kağızları, o cümlədən bu növ investisiya qiymətli kağızlarına hüquqlar, ayrılan hüquqi şəxsin səhmdarlarına və ya payçılarına təklif edildikdə və onların arasında yerləşdirildikdə;

– investisiya qiymətli kağızlarının buraxılışının məbləği 100 min manatdan az olduqda;

– emitent tərəfindən bir təqvim ili ərzində buraxılan investisiya qiymətli kağızların məcmu nominal dəyəri 1 milyon manatdan çox olmadıqda;

– institusional investorlara ünvanlanan təklif edildikdə.

Trend

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər