15 C
Baku
Friday, April 26, 2024

Azərbaycanda bağlanan bankların əmanətləri üzrə kompensasiyaların ödəniş müddəti qısaldıla bilər

Dünya Bankı (DB) Azərbaycanın Əmanətlərin Sığortalanması Fonduna (ADIF) dünya təcrübəsinə uyğun olaraq sığorta ödənişlərinin həyata keçirilmə müddətinin 21 iş gününədək azaldılmasını təklif edir.

Bunu Dünya Bankının (DB) Cənubi Qafqazda Maliyyə və Özəl Sektor üzrə ölkə əlaqələndiricisi Anjela Priqojina deyib.

O bildirib ki, ADIF Avropa İttifaqının 1996-cı ildən zəmanətli əmanətlər sistemi ilə iş üzrə göstərişinə müvafiq şəkildə yaradılıb: “Bu göstəriş 2009-cu ildə yenilənib. 2014-cü ildə onun əvəzinə yeni göstəriş gəlib. Bununla əlaqədar Azərbaycan da zəmanətli əmanətlər sahəsində qanunları yeni beynəlxalq qaydalara uyğunlaşdırmalıdır”.

Ekspert qeyd edib ki, Aİ-nin yeni göstərişi çərçivəsində zəmanətli əmanətlər üzrə sığortaların ödənilmə müddəti 21 iş gününədək azaldılıb: “Əlbəttə, yalnız hüquqi prosedur müddətinin qısaldılması əhəmiyyətli deyil, eyni zamanda fondun ödəmələri daha tez və operativ şəkildə həyata keçirməsi üçün proseslərin avtomatlaşdırılması lazımdır”.

A.Priqojina hesab edir ki, ADIF fondun idarəedilmə sistemini, investisiya siyasətini də təkmilləşdirməlidir.

Bundan başqa, o qeyd edib ki, Azərbaycanda əmanətlərin müxtəlif valyutalarla sığorta prinsipində dəyişiklik etmək lazımdır: “Azərbaycanda xarici valyuta ilə olan əmanətlərə nisbətən manatla olan əmanətlər daha çox təmin edilir. Aİ-də valyutadan asılı olaraq əmanətlərin qeyri-diskriminasiya prinsipi mövcuddur. Əmanətlərin hansı faiz nisbətində və hansı məbləğdə ödənilməsi məsələsini də dünya təcrübəsindən yararlanaraq müzakirə etmək lazımdır”.

Trend

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər