13 C
Baku
Thursday, April 18, 2024

Azərbaycanda bank aktivlərini 125% artırıb

Azərbaycan banklarından biri olan Azər Türk Bank son bir il ərzində aktivlərini 125% artırmağa müvəffəq olmuşdur.

Banker.azın banka istinadən verdiyi məlumata görə,  1 İyul 2015 tarixinə aktivlərinin həcmi 391 mln. manat olan bank, bir ildən sonra onların həcmini 880 mln. manata çatdırmağa nail olmuşdur.

Azər Türk Bankın müvafiq dövr üzrə öhdəliklərinin həcmidə paralel olaraq artmışdır. Belə ki, bir il ərzində öhdəliklərin həcmi 334 mln. manatdan 824 mln. manata çatmışdır. Qeyd olunan artım daha çox əhalinin əmanətləri  hesabatına başa gəlmişdir. Bu isə öz növbəsində, bankın sağlam maliyyə göstəriciləri ilə bərabər , Azərbaycanda ikinci dövlət bankı olmasından formalaşan güclü imicdən irəli gəlir.  

Son xəbərlər
Digər xəbərlər