13 C
Baku
Friday, April 19, 2024

Azərbaycanda bank kartları ilə 296,7 milyon manat xərcləyiblər

Azərbaycana gələn turistlərin sayındakı artım bank kartları ilə əməliyyatların artımına səbəb olub.

Banker.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın təqdim etdiyi 2018-ci ilin aprel ayına dair hesabatda deyilir.

“İxrac İcmalı”nda məlumat verilib ki, 2018-ci ilin I rübündə Azərbaycana dünyanın 151 ölkəsindən 629,4 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,4 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. 2018-ci ilin mart ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların 105,8 milyon manat təşkil edib və ötən ilin mart ayı ilə müqayisədə 16 faiz artıb.

Ümumiyyətlə, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar-mart ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 18 faiz artaraq 296,7 milyon manat təşkil edib.

infoqrafika 7

Son xəbərlər
Digər xəbərlər