25 C
Baku
Saturday, April 20, 2024

Azərbaycanda bankın filial müdiri həbs edildi, 3 milyona görə

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilənlər – “Dəmir Bank” ASC-nin Bayıl filialının müdiri Fərəh Rəşadətli, xəzinadar Tamamgül Xanlarova və bankın əməkdaşı Fariz Qarayevin məhkəməsi başlayıb. Bu barədə Qafqazinfo xəbər verir.

Hakim Əfqan Hacıyevin icraatında olan prosesdə hazırlıq iclası keçirilib. İclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Adıçəkilən şəxslərin hər birinin himayəsində azyaşlı uşaqları var.

Eləcə də bax: Türkiyə Azərbaycan əsilli biznesmenə görə ABŞ-a nota verdi

Zərərçəkmiş tərəf vəsatət verərək istintaq dövründə ev dustaqlığında olan F.Rəşadətlinin həbs edilməsini istəyib, məhkəmə vəsatəti təmin edib. Keçmiş filial müdiri məhkəmə zalında həbs edilib.

Proses noyabrın 21-də davam etdiriləcək.

İttihama görə, adıçəkilən şəxslər 8 nəfərin 3 milyon manatını mənimsəyiblər.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər