25 C
Baku
Saturday, April 20, 2024

Azərbaycanda banklara dair məhkəmə qərarlarının icrası prosesinin sürətləndirilməsi ilə bağlı yeni işçi qrup yaradılır

Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra baş idarəsi arasında görüş keçirilib.

ABA-ya istinadən, görüşdə qurumun sədri Zakir Nuriyev, Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəisi – Baş icra məmuru Nurəddin Mustafayev, baş idarənin digər rəhbər şəxsləri, həmçinin Bakı şəhərinin inzibati rayonlarının, respublikanın digər böyük şəhərlərinin icra qurumlarının rəhbərləri, habelə ABA-ya üzv bankların səlahiyyətli nümayəndələri iştirak ediblər.

Zakir Nuriyev Ədliyyə Nazirliyi ilə ABA arasında qurulmuş effektiv, işgüzar əlaqələr, sıx konstruktiv dialoqlardan danışmış, Nazirliklə əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Həmçinin, məhkəmə qətnamələrinin icrası zamanı qarşıya çıxan çətinliklərin daha tez və effektiv formada aradan qaldırılması üçün qabaqcıl təcrübələrin qarşılıqlı tətbiqinin araşdırılması məsələsindən söz açıb.

Baş icra məmuru Nurəddin Mustafayev məhkəmə qərarlarının icrası sahəsində hazırki vəziyyət və yeniliklər barədə məlumat vermiş, bu sahədə mövcud problemlər və onun həlli yolları, məhkəmə qərarlarının vaxtında və tam icrasına nail olunması, icradan yayınma hallarının qarşısının alınması üzrə fəaliyyətin gücləndirilməsinə dair fikirlərini bildirib, “Azərbaycanda maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə qarşıya qoyulmuş vəzifələrin icrası ilə bağlı görülmüş işlər barədə danışıb.

Daha sonra görüş konkret məsələlər ətrafında müzakirələr formasında davam edib.

Görüş çərçivəsində əsas müzakirə mövzuları icra qurumları ilə banklar arasında elektron informasiya resurslarının məlumatlarının mübadiləsi, qanunvericiliklə icra məmurları üçün açıq olan və banklarda saxlanılan informasiyaya çıxışın təmin olunması, məhkəmə qərarlarının icrası ilə bağlı qanunvericiliyin daha da təkmilləşdirilməsi, eləcə də mövcud boşluqların aradan qaldırılması üzrə təşəbbüslərin artırılması, bununla bağlı beynəlxalq təcrübələrin öyrənilməsinin davam etdirilməsi, xüsusilə sosial müdafiəyə ehtiyacı olan əhali kateqoriyalarına daha həssas münasibət, əhalinin icra prosesi ilə bağlı maarifləndirilməsi üzrə işlərin intensivləşdirilməsi və digər məsələlər olub. İcra qurumları ilə ictimai təsisatlar arasında ünsiyyət və kommunikasiyanın gücləndirilməsi, icrada olan işlər və onların nəticələri barədə effektiv və innovativ məlumat mübadiləsi sisteminin təkmilləşdirilməsi məsələlərinin əhəmiyyəti də vurğulanıb.

Görüşün sonunda müzakirə edilmiş məsələlər üzrə davamlı iş aparılması üçün hər iki tərəfin nümayəndələrindən ibarət işçi qrupun yaradılması ilə bağlı qarşılıqlı razılığa gəlinib.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər