14 C
Baku
Saturday, April 27, 2024

Azərbaycanda bankomata basqın

Ötən gecə “Azərpoçt” MMC-nin Salyan rayonunun Sarvan kəndindəki filialının binasında yerləşən bankomata basqın olub.

Banker.az “Virtualaz Azərbaycan”a istinadən bildirir ki, vətəndaşların pensiya və müavinətləri verildiyindən, bankomatda xeyli məbləğdə pul olduğunu bilən şəxs və ya şəxslər binanın dəmir barmaqlığını qıraraq bankomatın yerləşdiyi otağa daxil olub bankomatda olan pulları aparmaq üçün aparatı sındırsalar da, məqsədlərinə nail olmadıqlarından, hadisə yerindən uzaqlaşıblar.

Hazırda Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində intensiv axtarış-əməliyyat tədbirləri həyata keçirilir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər