15 C
Baku
Saturday, April 20, 2024

Azərbaycanda bu rayonda “asan həyat”ın yaranması üçün 20 mln. manat ayrılır

Prezident İlham Əliyev İmişli “ASAN Həyat” kompleksinin layihələndirilməsi və tikintisinə dair sərəncam imzalayıb.

Məlmata förə, İmişli “ASAN Həyat” kompleksinin layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.52.2-ci yarımbəndində göstərilmiş məbləğin 19,9 milyon manatı “ASAN Xidmət”ə ayrılıb.

Sərəncamda əlavə olaraq deyilir ki, ölkədə vətəndaşlara göstərilən dövlət xidmətlərinin daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyalar tətbiq edilməklə həyata keçirilməsi məqsədilə bugünədək 12 “ASAN xidmət”, 2 “ASAN Kommunal” və 3 “ABAD” mərkəzinin fəaliyyəti təşkil edilmişdir. Vahid standartlar çərçivəsində idarə olunan mərkəzlərin fəaliyyəti ilə əlaqədar 3 minədək vətəndaşın məşğulluğu təmin edilmiş, 13 mindən çox gənc mərkəzlərdə könüllü fəaliyyətinə cəlb edilmişdir.

““ASAN Həyat” kompleksləri tərkibində yeni iş yerləri yaradılmış, “ABAD” mərkəzləri özünüməşğulluq proqramlarının icrasına öz töhfəsini vermişdir. Ümumilikdə, “ASAN” mərkəzləri vasitəsilə 19 milyondan çox vətəndaş müraciəti cavablandırılmış, xidmətlərin göstərilməsində vətəndaş məmnunluğu daima yüksək səviyyədə saxlanılmışdır.” – deyə məlumatda deyilir.

 

 

Son xəbərlər
Digər xəbərlər