15 C
Baku
Saturday, April 20, 2024

Azərbaycanda buraxılan “Miles” kartların üstünlükləri nədir?

Bank Silkway tərəfindən emissiya olunan “Miles” kartları haqqında.

Hörmətli Oxucularımız!

Banker.az monitorinq qrupu daha bir fərqli bank məhsulu haqqında məlumatı Sizlərə təqdim edir. Bu dəfəki araşdırma tipli məqaləmiz Bank Silkway ASC və Azərbaycan Hava Yolları QSC-nin birgə layihəsi olan “Miles” kartları haqqındadır. Bildiyiniz kimi, bəzi Banklar loyallıq klubu layihələri çərçivəsində müştərilərə bir sıra imtiyazlar təklif edir. Bu imtiyazlar əksər hallarda, plastik kartlardan istifadə ilə əlaqəli olur. “Miles” kartlarının təyinatı da müştərilərin Banka loyallıqları müqabilində onlara bir sıra imtiyazların verilməsində ibarətdir. Bəs bu imtiyazlar nədən ibarətdir?

Əksər loyallıq klubları kartlardan istifadə zamanı müştəriyə istifadə olunan məbləğin kiçik bir hissəsinin geri qayıtmasında ibarətdir. Bu məbləğ bəzi hallarda “cash – back” formasında (Express Bank, Unibank – Albalı Plus), bəzi hallarda isə bonus formasında (Bank of Baku – Bolkart, Bank Respublika) əks olunur. Lakin Bank Silkway ASC-nin loyallıq klubu anlayışına olan yanaşması fərqlidir. “Miles” kartları istifadəçiləri avtomatik olaraq “Azal Miles” (ətraflı https://www.azal.az/az/azal-miles/miles-programme) proqramının iştirakçısına çevrilir kartdan istifadə etdikləri vəsaitləri müqabilində bonus olaraq “Bal” qazanırlar. Qazanılmış “Bal”lar AZAL tərəfindən təqdim olunan aşağıdakı imkanlarla dəyişə bilərsiniz:

  • xidmət sinifinin pulsuz olaraq ekonomdan biznesə artırılması;
  • aviaşirkətin təqdim etdiyi pulsuz aviabiletin (biznes və ekonom sinifi) əldə edilməsi.

“Miles” kartları MasterCard beynəlxalq ödəniş sistemini dəstəkləyir və 3 fərqli növdə müştərilərə təqdim olunur:

  1. MasterCard Standard Miles;
  2. MasterCard Gold Miles;
  3. Mastercard Platinum Miles.

Müvafiq kartların tarifləri və mil əldə etməyə imkan verən Bal qazanılması şərtləri aşağıdakı cədvəldə qeyd edilmişdir:

Kartın növü Müddəti Qiyməti Hədiyyə olunan status balı 1 bal qazanmaq üçün istifadə
Ölkə daxilində Ölkə xaricində
MasterCard Standard Miles 2 il və 3 il 2 il – 40 AZN

3 il – 50 AZN

100 BAL 10 manat 5 manat
MasterCard Gold Miles 2 il və 3 il 2 il – 100 AZN

3 il – 120 AZN

200 BAL 9 manat 4 manat 50 qəpik
Mastercard Platinum Miles 2 il və 3 il 2 il – 200 AZN

3 il – 250 AZN

300 BAL 8 manat 4 manat

 

Həmçinin qeyd etmək istərdik ki, müvafiq kartların istifadəçiləri kartların statusundan asılı olaraq AZAL tərəfindən təqdim olunan digər endirim kartlarını da hədiyyə olaraq əldə etmək imkanı qazanırlar.

Balların toplanma qaydası ilə bağlı ətraflı məlumatı müvafiq linkdən https://www.azal.az/az/azal-miles/earn-points əldə edə bilərsiniz.

Balların istifadə qaydası ilə bağlı ətraflı məlumatı isə müvafiq linkdən https://www.azal.az/az/azal-miles/spend-points

əldə edə bilərsiniz.

“AZAL Miles” proqramının web səhifəsinə əsaslanaraq aşağıdakı nümunəni Sizlərə təqdim etmək istərdik:

Bakı – İstanbul – Bakı (gediş-dönüş) aviabiletinin əldə edilməsi üçün 2500 Bal tələb olunur. Tutaq ki, Sizdə MasterCard Standard Miles kartı var. Qeyd edilən bileti hədiyyə olaraq əldə etmək üçün Siz ölkə daxilində 25 000 AZN, ölkə xaricində isə 12500 AZN ekvivalentində alış-veriş etməlisiniz. Kartınızın statusundan (Gold və ya Platinium) asılı olaraq bu məbləğ daha az ola bilər.

Sonda isə qeyd etmək istərdik ki, kartdan istifadə zamanı yalnız nağdsız formada ticarət məntəqələrində POS-lar vasitəsilə keçirilən əməliyyatlar üzrə BAL-ların qazanılması mümkündür. Nağdlaşma əməliyyatları zamanı BAL hesablanmır.

Son xəbərlər
Digər xəbərlər