23 C
Baku
Tuesday, April 23, 2024

Azərbaycanda dəmir pullara tələbat artıb

“Ötən il pul kütləsində ən çox artım dəmir pullarda olub”.

Bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Mərkəzi Bank iri ticarət sistemləri ilə əlaqə yaradır və ticarət sistemi ilə birgə işləyir.

“Görürük ki, iqtisadiyyatın dəmir pullara ehtiyacı böyükdür. Buna görə, əlavə sifarişlər də edərək iqtisadiyyatı dəmir pullarla təmin edirik. İqtisadiyyat əgər bunu tələb edirsə, biz bunu etməliyik”, – deyə E.Rüstəmov vurğulayıb.

MənbəAPA
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər