13 C
Baku
Thursday, April 18, 2024

Azərbaycanda depozitlərin gəlirliyi azalıb

Azərbaycanda depozitlər üzrə orta faiz dərəcəsi bu il aprelin 1-nə manatda 10,06%, xarici valyutada isə 2,82% təşkil edib.

Bu barədə Azərbaycan Mərkəzi Bankın hesabatında deyilir.

Məlumata görə, bu, martın 1-i ilə müqayisədə, müvafiq olaraq, 0,04 faiz bəndi az və 0,1 faiz bəndi azdır.

Bundan başqa, martın sonuna fiziki şəxslərin əmanətləri üzrə orta faiz dərəcəsi manatda 11,04% təşkil edib ki, bu da fevralın sonuna 0,14 faiz bəndi azdır. Sözügedən göstərici xarici valyutada isə 3,58%-dən 3,43%-ə enib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər