19 C
Baku
Thursday, April 25, 2024

Azərbaycanda devolvasiya mərhələli şəkildə həyata keçirilməlidir – Deputat

Tezliklə Azərbaycanda manatın məzənnəsi “üzən məzənnə” siyasətinə uyğun həyata keçiriləcək. Azərbaycanın maliyyə naziri Samir Şərifov bildirib ki, hazırda bunun tətbiqi ilə bağlı işlər aparılır və Mərkəzi Bank bununla bağlı müvafiq iş aparır. Nazir hesab edir ki, optimal bir variant tapılıb və tətbiq olunacaq.”

Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vahid Əhmədov SalamNews-a açıqlamasında bildirib ki, nazir əslində “üzən məzənnə” siyasətinin mərhələli şəkildə həyata keçirilməsini nəzərdə tutub: “Hələlik buna ehtiyac yoxdur. Ancaq müəyyən müddətdən sonra bu siyasəti həyata keçirmək mümkün olacaq”.

V.Əhmədov hesab edir ki, Azərbaycan Mərkəzi Bankın ehtiyatlarının müəyyən qədər azalması prosesi getdiyi üçün, yumşaq devolvasiya sistemi “üzən məzənnə” siyasətini həyata keçirmək olacaq: “Hazırda Qazaxıstanda, bəzi Avropa ölkələrində bu siyasət həyata keçirilir”.

Qeyd edək ki, “üzən məzənnə siyasətini həyata keçirən ölkələrin valyutalarında ciddi problemlər ortaya çıxıb. Belə ki, Rusiyada rubl, Türkiyədə lirə, Gürcüstanda isə lari dollar qarşısında dəyərini itirir. İranda 2013-2015-ci illərdə milli valyuta 13 faiz aşağı düşüb, Avro 25 faiz və Norveç milli valyutası 34 faiz dəyərini itirib.

Bu məsələyə toxunan ekspert qeyd edib ki, milli valyutalarda həmişə problemlər olub: “Azərbaycan manatında da bəzi problemlər var. Mərkəzi Bank isə müəyyən qədər valyuta bazarına müdaxilə edərək, məzənnəni qorumağa çalışır. Görülən işlərin əsas mahiyyəti ondan ibarətdir ki, MB-ın ehtiyatları azalmasın və qorunub saxlanılsın. Yaxın gələcəkdə neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar daha çətin günlər yaşana bilər”.

Bildirək ki, nazir Samir Şərifov verdiyi son açıqlamasında, Azərbaycanda ikinci devolvasiyanın olacağını istisna etməyib: “Hesab edirik ki, hazırda tədiyyə balansımızda o qədər böyük problemlər mövcud deyil və manatın məzənnəsində, indiki durumda, böyük risklər gözlənilmir. Lakin yenə də deyirəm, bazar iqtisadiyyatının əsas prinsipi ondan ibarətdir ki, bazarda baş verən proseslər daim nəzərdən keçirilməlidir və heç kəs heç vaxt deyə bilməz ki, hansısa valyuta sabit olaraq qalacaq”.

Bu açıqlamanı şərh edən deputat vurğulayıb ki, bu məsələni heç kim istisna edə bilməz: “Çünki, bu, neftin qymətindən asılıdır. Əgər qiymətlərdə azalmalar olarsa, devolvasiya da baş verəcək. Buna görə də biz devolvasiyanı yumşaq şəkildə aparmağın tərəfdarıyıq. İndidən bu prosesi həyata keçirmək lazımdır ki, 1-2 ildən sonra manat bazarda öz həqiqi qiymətini saxlaya bilsin. Əgər bu proses baş tutsa, “üzən məzənnə” siyasətində də ciddi problem yaranmasın”.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər