23 C
Baku
Tuesday, April 23, 2024

Azərbaycanda dizelin qiyməti 80 qəpiyə qalxacaq?

2017-ci il iyunun 14-də Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 90 qəpik səviyyəsində təsdiq edilib. Bundan sonra dizel yanacağının bahalaşacağı anonsları verilsə də, hökumət bu bahalaşmaya getmədi. Dünya birjalarında neft qiymətlərinin 72 dolları keçdiyi bir vaxtda Azərbaycanda dizel yanacağının bahalaşacağı xəbərləri dolaşmaqdadır. Buna səbəb kimi həm də Neftayırma zavodunda dizel istehsalının azalması göstərilir. Digər tərəfdən, dizel yanacağı ilə benzin arasında yaranmış kəskin qiymət fərqi bahalaşmanı sürətləndirən əsas amillərdən hesab olunur.

Dünya ölkələrində dizel yanacağının orta qiyməti 1 litr üçün 1.02 ABŞ dolları təşkil edir. Ümumilikdə qiymət, ölkələrə görə dəyişir. Bir qayda olaraq, zəngin ölkələrdə bu yanacaq növü baha, nisbətən kasıb ölkələrdə ucuz təklif edilir. İqtisadi cəhətdən yüksək inkişaf etmiş, dizel yanacağının qiyməti aşağı olan yeganə ölkə ABŞ-dır. Müxtəlif ölkələrdə dizel yanacağının qiymətindəki fərq, vergilər və subsidiyalarla bağlıdır. Hazırda Azərbaycanda dizel yanacağının 1 litri 0.60 qəpikdir. Dünya üzrə dizel yanacağının 1 litri üçün ən yüksək qiymət İslandiyadadır – 1.93 dollar. Qonşu İranda dizel yanacağının 1 litri 0.09 dollar, Səudiyyə Ərəbistanında 0.13 dollar, Türkmənistanda 0.26 dollar, Rusiyada 0.69 dollar, Türkiyədə 1.37 dollar, Almaniyada 1.38 dollar, Fransada 1.69 dollar, İtaliyada 1.72 dollar təşkil edir. Statistikadan da göründüyü kimi, ölkəmiz dizel yanacağının qiyməti aşağı olan ölkələr sırasındadır.

Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev Modern.az-a bildirib ki, dizel yanacağının qiymətinin artımı gündəmdə deyil: “Dizel yanacağının qiymətinin bahalaşması ilə bağlı Tarif Şurasına müraciət daxil olmayıb”.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər