18 C
Baku
Thursday, April 25, 2024

Azərbaycanda dollarlaşma dərəcəsi 70%-dən aşağı düşüb

Azərbaycanda əhalinin bank əmanətləri üzrə dollarlaşma dərəcəsi 2017-ci il noyabrın 1-nə 69,92% təşkil edib. Əvvəlki ay bu göstərici 71,78%, yanvarın 1-nə isə 79,63% olub.

Mərkəzi Banka istinadən, cəmi depozit bazasında dollarlaşma dərəcəsi noyabrın 1-nə 74,4%, oktyabrın 1-nə 74,6%, yanvarın 1-nə 75,29%, 2016-cı il noyabrın 1-nə isə 75,5% təşkil edib.

Kreditlərin strukturunda isə dollarlaşma dərəcəsi 2017-ci il noyabrın 1-nə 41,14% təşkil edib. Oktyabrın 1-nə dollarlaşma dərəcəsi 41,99%, yanvarın 1-nə 47,32%, ötən il noyabrın 1-nə 46,21%-ə bərabər olub.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər