26 C
Baku
Wednesday, April 24, 2024

Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi 60 dəfə azalıb

Bu ilin yanvar-iyul aylarında “Azərbaycan İpoteka Fondu” ASC-nin müvəkkil bankları dövlət xətti ilə 1,1 mln. manat ipoteka krediti verib.

Bu barədə Azərbaycan Mərkəzi Bankı açıqlama edib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 59,3 dəfə azdır.

Son 1 ildə ipoteka kreditlərinin orta məbləği 0,5% və yaxud 185 manat artaraq 40883 manat, kreditlərin orta müddəti 1 ay artaraq 280 ay (23 il 4 ay), kreditin orta illik faiz dərəcəsi 0,02 faiz bəndi azalaraq 6,7%, kreditlərə görə aylıq ödənişin məbləği isə 0,5% və yaxud 1,4 manat azalaraq 296,1 manat olub.

Oxu.az

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər