8 C
Baku
Friday, March 29, 2024

Azərbaycanda elmi fəaliyyət akkreditasiya olunacaq

Hazırda Azərbaycan Milli Elmlər Akademiyasında elmi fəaliyyətin akkreditasiyası üçün mexanizmlər hazırlanır.

Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağı və Təhsil Nazirliyinin kollegiyasının birgə elmi sessiyasında çıxış edən AMEA prezidenti Akif Əlizadə deyib.

A.Əlizadənin sözlərinə görə, mexanizmin hazırlanmasında əsas məqsəd dünya standartlarının Azərbaycan elmində tətbiq olunmasıdır.

Akademik qeyd edib ki, qarşıda qoyulan ən mühüm məsələlərdən biri tədqiqat universiteti statusunun müəyyənləşdirilməsi ilə bağlıdır:

“Hesab edirəm ki, tədqiqat universiteti elm və təhsilin inteqrasiyası üçün olduqca uğurlu bir modeldir. Hazırda AMEA-da tədqiqat universitetlərinə qoyulan tələblərin, standartların müəyyənləşdirməsi üçün xüsusi komissiya fəaliyyət göstərir”.

Son xəbərlər
Digər xəbərlər