23 C
Baku
Saturday, April 20, 2024

Azərbaycanda futbol klubu rebrendinq edir

“AZAL Peşəkar Futbol Klubu” adını dəyişir.

“AZAL Peşəkar Futbol Klubu”nun ləğv edilməsi ilə bağlı 2017-ci il 3 may tarixli bəyanat, klub azarkeşlərinin, “fan klub” üzvlərinin, xüsusilə, Şüvəlan və Binə qəsəbələrində yaşayan azarkeşlərin narahatçılığına səbəb olmuş və bununla bağlı çoxsaylı müraciətlər edilib.
Bu müraciətlərə baxıldıqdan sonra, sponsor və tərəfdaşlarla təkrar məsləhətləşmələr aparılmış, keçmiş klubun daha çox Şüvəlan qəsəbəsində azarkeş kütləsinə malik olması və həmin qəsəbədə müasir təlim-məşq bazası və stadionun mövcudluğu nəzərə alınaraq, yeni mövsümdən “AZAL” futbol klubunun məhz qəsəbənin adını daşıyan “Şüvəlan Futbol Klubu” adı ilə fəaliyyətinə davam etməsi qərara alınmışdır.

““Şüvəlan Futbol Klubu” yeni mövsümdə I Divizionda təmsil olunacaq.  Yeni klub yaxın dövr ərzində yüksək nailiyyətlər əldə edərək, Azərbaycanda futbolun inkişafı naminə və azarkeşlərin etimadını doğrultmaq üçün əlindən gələni əsirgəməyəcəkdir.
Şüvəlan qəsəbəsində inşa edilmiş təlim-məşq bazası müasir infrastruktura və geniş potensiala malikdir. İnanırıq ki, bu qərarın əsasında Azərbaycan futbolunun inkişafı, ölkəmizi beynəlxalq turnirlərdə layiqli təmsil etmək naminə yüksək nailiyyətlər əldə ediləcəkdir.”- deyə AZAL-ın internet səhifəsində məlumat verilib.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər