26 C
Baku
Saturday, April 20, 2024

Azərbaycanda həyat sığortası bazarı 29% böyüyüb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda toplanmış sığorta haqlarının 29,6%-i və yaxud 105,4 mln. manatı həyat sığortasının payına düşüb. 2015-ci ilin eyni dövrü ilə müqayisədə həyat sığortası bazarı 28,6% böyüyüb. 

Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbərə görə, könüllü həyat sığortasındakı yığımlar 42,4% artaraq 80,3 mln. manata çatıb. O cümlədən həyatın ölüm halından sığortası üzrə yığımlar 2,8 dəfə artaraq 24 mln. manat, həyatın yaşam sığortası üzrə yığımlar 20,6% artaraq 56,1 mln. manat, əmək qabiliyyətinin sığortası üzrə yığımlar 5,5 dəfə azalaraq 171,2 min manat, sağalmaz xəstəliklərin sığortası üzrə yığımlar 283 dəfə azalaraq 1 539,11 manat təşkil edib.

İcbari həyat sığortası üzrə yığımlar isə ötən ilin eyni dövrü ilə müqayisədə 1,78% azalaraq 25,1 mln. manat olub.

Cəmi ödənişlərin 35,4% və ya 48 456 933,48 manatı həyat sığortası üzrə ödənişlərin payına düşüb. Könüllü həyat sığortası üzrə ödənişlər ötən ilin eyni dövrü ilə müqayisədə 48,3% artaraq 46,3 mln. yüksəlib. O cümlədən həyatın ölüm halından sığortası üzrə ödənişlər 26% artaraq təxminən 2 mln. manat, həyatın yaşam sığortası üzrə ödənişlər 49,5% artaraq 44,3 mln. manat olub.

İcbari həyat sığortası üzrə ödənişlər də ötən ilin eyni dövrü ilə müqayisədə 40,4% artaraq 2,2 mln. manat təşkil edib.

Hesabat dövründə həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının müqabilində 46 manat ödəniş edilib. Bu rəqəm ötən ilin eyni dövründə 40 manat olub.

Report

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər