23 C
Baku
Tuesday, April 23, 2024

Azərbaycanda investisiyaya yönəldilən bank kreditlərinin həcmi artıb

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilən investisiyaların 10,6%-ni və ya 924,1 mln. manatını bank kreditləri təşkil edib və nəticədə həmin vəsaitlərin həcmi illik müqayisədə 9,6% artıb.

Bu barədə mənbə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Kreditlərin cəmi vəsaitlərdə xüsusi çəkisində isə illik müqayisədə 1,2 faiz bəndi artım müşahidə olunub.

2017-ci ilin yanvar-iyul aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 8 728,8 mln. manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,3% az vəsait yönəldilib. İstifadə olunmuş vəsaitin 6 912,1 mln. manatı və ya 79,2%-i məhsul istehsalı obyektlərinin, 1 358,1 mln. manatı və ya 15,6%-i xidmət sahələri üzrə obyektlərin, 458,6 mln. manatı və ya 5,2%-i isə ümumi sahəsi 973,7 min kv. metr olan yaşayış evlərinin tikintisinə sərf olunub.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər