13 C
Baku
Friday, March 29, 2024

Azərbaycanda ipoteka istiqrazları örtüyünə hansı xarici aktivlərin cəlb oluna biləcəyi müəyyənləşib

Nazirlər Kabineti “Əlavə aktivlər qismində ipoteka istiqrazlarının örtüyünün tərkibinə daxil edilə bilən qiymətli kağızları buraxan dövlətlərin müəyyən edilməsi meyarlarının  təsdiq edilməsi barədə” qərar verib.

Qərara əsasən ən azı “BBB –” (“Standard&Poor’s” və “Fitch” reytinq agentliklərinin klassifikasiyasına görə), “Baa3” (“Moody’s” reytinq agentliyinin klassifikasiyasına görə) uzunmüddətli kredit reytinqi dərəcəsinə malik İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) dövlətləri, habelə İƏİT üzvləri olmayan və ən azı “AA –” (“Standard&Poor’s” və “Fitch” reytinq agentliklərinin klassifika-siyasına görə), “Aa3” (“Moody’s” reytinq agentliyinin klassifika-siyasına görə) uzunmüddətli kredit reytinqi dərəcəsinə malik olan dövlətlərin və onların mərkəzi banklarının buraxdığı qiymətli kağızlar əlavə aktivlər qismində ipoteka istiqrazlarının örtüyünün tərkibinə daxil edilə bilər.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər