22 C
Baku
Friday, April 19, 2024
Home Maliyyə xəbərləri Bank xəbərləri Azərbaycanda ipoteka yolu ilə alınan evlərin orta bazar qiyməti artıb

Azərbaycanda ipoteka yolu ilə alınan evlərin orta bazar qiyməti artıb

0
Azərbaycanda ipoteka yolu ilə alınan evlərin orta bazar qiyməti artıb

Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi hesabına alınan yaşayış sahəsinin 1 kv.m.-nin müxtəlif əraziləri üzrə hazırda qüvvədə olan yeni orta bazar qiymətləri açıqlanıb.

Report “Azərbaycan İpoteka Fondu” ASC-yə istinadən xəbər verir ki, Bakıda orta qiymət 1 164 – 3 283 manat arasında dəyişir.

Bu rəqəm Gəncə, Sumqayıt və Xırdalanda 1 320 manat, Abşeron rayonunun qəsəbə və kəndlərində (Xırdalan istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalanda 975 manat, digər şəhər, rayon, qəsəbə və kəndlərdə isə 610 manatdır.

Şəhər/Rayon Zonalar Orta qiymət 1 m2(AZN ilə)
Bakı Zona 1 3283
Zona 2 3012
Zona 3 3158
Zona 4 2420
Zona 5 2067
Zona 6 2618
Zona 7 2201
Zona 8 1791
Zona 9 1658
Zona 10 1494
Zona 11 1207
Zona 12 1164
Gəncə, Sumqayıt və Xırdalan 1320
Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan 975
Digər rayon (şəhər) və qəsəbələr (kəndlər) 610

 

Xatırladaq ki, 01.10.2016 – 31.03.2017 tarixlərində Bakıda orta qiymət 989 – 3 216 manat arasında, Gəncə, Sumqayıt və Xırdalanda 1 069 manat, Abşeron rayonunun qəsəbə və kəndlərində (Xırdalan istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalanda 975 manat, digər şəhər, rayon, qəsəbə və kəndlərdə isə 589 manat təşkil edib.