14 C
Baku
Saturday, April 27, 2024

Azərbaycanda istehlak kreditləşməsinin kiçilməsi davam edir – 21% eniş

Azərbaycanda ev təsərrüfatlarına kredit qoyuluşunun ümumi həcmi 2017-ci il dekabrın 1-nə 4 672,2 mln. manat təşkil edib. Bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verilir.

Hesabata əsasən, bu istiqamətdə kreditləşmə aylıq müqayisədə 0,19%, illik müqayisədə 21,19% azalıb. Ev təsərrüfatlarına kreditlərin məcmu kredit qoyuluşunda xüsusi çəkisi 2017-ci il dekabrın 1-nə həmin ilin əvvəlindəki 35,6%-dən 38,2%-ə yüksəlib. Aylıq müqayisədə isə xüsusi çəkidə azalma davam edib.

Mərkəzi Bankdan bildirilib ki, 2017-ci il dekabrın 1-nə qədər daşınmaz əmlakın tikintisinə və alınmasına (ipoteka kreditləri daxil olmaqla) 1 727,1 mln. manat kredit qoyulub. Bu da aylıq müqayisədə 0,47%, illik müqayisədə 1,92% artım deməkdir.

Beləliklə, 2017-ci il dekabrın 1-nə ev təsərrüfatlarına kredit qoyuluşunun ÜDM-ə olan nisbəti 7,41%-ə enib. Bu da illik müqayisədə 3,48 faiz bəndi azalmanı əks etdirir.

Xatırladaq ki, 2017-ci ilin yanvar-noyabr aylarında ölkədə 63 071,3 mln. manat və ya əhalinin hər nəfərinə 6 481,8 manat məbləğində ümumi daxili məhsul istehsal edilib. ÜDM istehsalının 40,1%-i sənaye, 10,1%-i ticarət, nəqliyyat vasitələrinin təmiri sahələri, 8,8%-i tikinti, 6,8%-i nəqliyyat və anbar təsərrüfatı, 5,5%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,4%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6%-i informasiya və rabitə sahələrinin, 17,0%-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 7,7%-ini təşkil edib.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər