15 C
Baku
Friday, April 26, 2024

Azərbaycanda istifadəçilərə MİL (miles) qazandıran plastik kartlar

Son dövrlərdə ölkənin aparıcı Banklarından olan ikisi (Unibank və Kapital Bank) MİLES funksiyalı kartlarını ictimaiyyətə təqdim etdi. Bundan əvvəl isə bu tip kartlar cəmi 2 bankda (Bank of Baku və Silkway Bank) var idi. Beləliklə bazarda təklif edilən və istifadəçisinə loyallıq proqramı çərçivəsində bonus şəklində Millər qazandıran kartları təklif edən Bankların sayı 4-ə çatdı. Xatırlatma üçün bildirmək istərdik ki, Miles tipli kartlardan ölkədaxili və ölkəxarici əməliyyatlar (nağdlaşma istisna) zamanı əməliyyatın müəyyən hissəsi bonus şəklində müştərinin kart hesabına geri qayıdır. Yığılmış bonuslardan isə yalnız aviabiletlərin alınması zamanı istifadə etmək mümkündür.

Bu tip kartlar əsasən premium seqmentə aid olur və nisbətən yüksək gəlirə malik olan və tez-tez səyahət etməyi xoşlayan müştərilərin marağına uyğun gəlir. Bu seqmentdən olan müştərilərin marağını nəzərə alaraq monitorinq qrupumuz təklif edilən Miles kartlarını müqayisəli şəkildə təhlil etdi. Təhlilin nəticəsi ilə aşağıdakı cədvəldə tanış ola bilərsiniz:

Bank Kart Kartın müddəti Kartın qiyməti Millərin qazanılması
Bank of Baku Bolkart Diamond Debet

(Visa İnfinite)

2 il 2 illik – 150 AZN MİL-lər BAL-lara əsasən hesablanır və MİL-lərin hesablanması zamanı qazanılış 1 (bir) BAL 100 (yüz) MİL kimi qiymətləndirilir.
Bolkart Diamond Kredit

(Visa İnfinite)

5 il 5 illik – 150 AZN
Silkway Bank MC Standard Miles 2 il / 3 il 2 illik – 40 AZN

3 illik – 50 AZN

1 BAL qazanılması üçün

Ölkədaxili – 10 AZN

Ölkəxarici – 5 AZN

MC Gold Miles 2 il / 3 il 2 illik – 100 AZN

3 illik – 120 AZN

1 BAL qazanılması üçün

Ölkədaxili – 9 AZN

Ölkəxarici – 4.5 AZN

MCPlatinum Miles 2 il / 3 il 2 illik – 200 AZN

3 illik – 250 AZN

1 BAL qazanılması üçün

Ölkədaxili – 8 AZN

Ölkəxarici – 4 AZN

MC Black Edition Miles 2 il / 3 il 2 illik – 350 AZN

3 illik – 400 AZN

1 BAL qazanılması üçün

Ölkədaxili – 6 AZN

Ölkəxarici – 3 AZN

Kapital Bank Birkart Miles Kredit

(MC Paltinium)

3 il 1 illik – 35 AZN Ölkədaxili hər 1 AZN-lik ödənişə 1 Mil, ölkəxarici 1.5 Mil.
Birkart Miles Debet

(MC Paltinium)

3 il 3 illik – 80 AZN
Unibank MC Platinum / VisaPlatinum 3 il 3 illik – 100 AZN UniMiles plastik kartları ilə partnyor və qeyri- partnyor şəbəkələrdə edilən nağdsız əməliyyatlar Miles bonusları qazandıracaq
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər