22 C
Baku
Saturday, April 20, 2024

Azərbaycanda kredit ittifaqı sədri barəsində cinayət işi başlanılıb

Aqroinvest Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) İdarə Heyətinin sədri Əhmədov Əyyub Əlihüseyn oğlunun barəsində cinayət işi başlanılıb.

Banker.az bildirir ki, bu barədə “Report”un əldə etdiyi məlumatda deyilir.

O, MMC-nin 470 min manat pulunu mənimsəməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilir.

Ə.Əhmədova qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.

İstintaq dövründə onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Ə.Əhmədovun cinayət işi üzrə ibtidai istintaqı yekunlaşdırılaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmənin hazırlıq iclası avqustun 21-nə təyin edilib.

Cinayət işi hakim Eldar Mikayılovun icraatına verilib.

Qeyd edək ki, Aqroinvest Kredit İttifaqı Azərbaycan Mərkəzi Bankınin 2001-ci il tarixli daimi lisenziyasina əsasən yaradılıb. Aqroinvest Kredit İttifaqı MMC kimi 6 aprel 2001-ci ildə İmişli şəhərində təsis olunub.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər