26 C
Baku
Friday, April 19, 2024

Azərbaycanda kreditlər üçün banklara təminat məktubu verən şirkətlər yaradıla bilər

Azərbaycanda real sektorun maliyyə resurslarına ehtiyacı var, bank sektoru isə risklərin yüksək olması, kifayət qədər likvid girovun olmaması, valyuta bazarında qeyri-müəyyənlik və s. səbəblərdən kreditlərin verilməsində maraqlı deyil. Bu iki sektoru ortaq nöqtəyə gətirə biləcək dövlət və özəl şirkətlər təsis edərək müəyyən məqsədlərə nail olmaq mümkündür.

Bu barədə “Atabank” ASC-nin Risk menecmenti Departamentinin direktoru, ARPA-nın ekspertlər qrupunun sədri Elman Sadıqov “Risk” analitik-biznes jurnalındakı məqaləsində qeyd edib. Onun fikrincə, bu şirkətlər müəyyən komissiya haqqı qarşılığında verilən kreditlər üçün banklara kreditləşən müəssisələrin xeyrinə təminat məktubu verə bilər: “Qarşılığında isə kreditin riski aşağı düşür, faiz dərəcəsi enir, kreditə isə həmin şirkət də əlavə olaraq yaxından nəzarət edilir. Bu mexanizm üzərində düşünməyə dəyər”.

“Atabank” rəsmisi qeyd edir ki, bank sektoru ən çətin mərhələdən keçə bilib, bundan sonra 1-2 il ərzində 2014-2016-cı illərdən qalan digər problemlər effektiv və minimum itkilərlə tədricən həll olunacaq: “Bu dövrdə aktiv kreditləşmə ehtimalı zəif olduğu, ehtiyatların ayrılmasının davam edəcəyi, faiz gəlirlərinin azalacağı ehtimallarının yüksək olmasını nəzərə alacaq banklar alternativ xidmət kanallarının inkişafına, yeni bank məhsullarının təqdim olunmasına, qeyri-faiz gəlirlərinin artırılmasına diqqət yetirməli olacaq. Prioritet isə sağlamlaşdırma olacaq”.

Son xəbərlər
Digər xəbərlər