4 C
Baku
Friday, March 29, 2024

Azərbaycanda kripto valyutalarla bağlı yaradılmış qrupa rəhbər təyin olundu

Ethereum kriptovalyutasının yaradıcısı Vitalik Buterin Bakıya gəlir?

Azərbaycanda “kriptovalyuta ticarətinin tənzimlənməsi” qanun layihəsinin hazırlanması üçün işlək qrup yaradılıb.

Bu, ölkəmizdə kriptovalyutalar barəsində ilk qanun olacaq. İşlək qrupa Azərbaycan Prezidentinin iqtisadi siyasət və istehsalat məsələləri üzrə köməkçi xidmətinin baş məsləhətçisi Fərəh Məmmədova rəhbərlik edəcək.

Qrupun tərkibinə həmçinin maliyyə və telekommunikasiya sahələri üzrə mütəxəssislər də daxil olacaqlar. Daha öncə Fərəh Məmmədova Azərbaycanın Caspian Development Bank-ın (ölkənin ən böyük kommersiya banklarından biri) müşahidə şurasının rəhbəri olmuşdur və maliyyə sektorunda böyük təcrübəyə sahibdir.

Yaradılmış qrup digər ölkələrin kriptovalyuta istifadəsi təcrübələrini analiz etməli və onları Azərbaycan şərtləri ilə reallıqlarına uyğunlaşdırmalıdır. Maraqlısı ondadır ki, bu ay Bakıda “Buroka Technologies” şirkətinin nümayəndiliyi işə başlayacaq. Bu şirkət Azərbaycanda 5 vacib kriptovalyutanın (Bitcoin, Ethereum, Ripple, Dash və Litecoin) ticarətini aparmaq arzusunda olduğunu bildirib. Şirkətin Londondakı Kraken və Bitstamp kimi kriptobirjalar ilə əlaqəsi var.

“Buroka Technologies” şirkətinin Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Səbinə Məmmədli bildirib ki, bu ilin Mart ayında Bakıda blockchain və kriptovalyuta inkişafı üzrə konfrans keçirilməsi planlaşdırılır. Həmin konfransa həmçinin Ethereum kriptovalyutasının yaradıcısı Vitalik Buterin də dəvət olunub.

Onun sözlərinə əsasən bu barədə qanunvericiliyin yaradılması Azərbaycanda kriptovalyuta bazarının həcmli olmasına gətirib çıxarda bilər.

Mənbə1news.az
Son xəbərlər
Digər xəbərlər