18 C
Baku
Tuesday, April 23, 2024

Azərbaycanda külək və günəş elektrik stansiyalarının inkişafı üçün 130 milyon avro ayırdı

Almaniyanın KfW Bankı tərəfindən Azərbaycanda külək və günəş elektrik stansiyalarının inkişafı üçün vəsait ayrılıb.

Bu barədə jurnalistlərə açıqlamasında Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) sədr müavini Cəmil Məlikov deyib.

“Bununla bağlı texniki iqtisadi əsaslandırma sənədlərinin hazırlanması artıq yekunlaşıb. Almaniya hökuməti tərəfindən hazırda bunun üçün 130 milyon avro vəsait ayrılıb. Lakin bu vəsaitin istifadəsi, onun hesabına layihələrin həyata keçirilməsi isə xüsusi şərtlər və tariflər tələb edir. Bu şərtlər Azərbaycan tərəfindən ödənildiyi təqdirdə həmin vəsait ayrıla bilər. Əgər Azərbaycan hökumətinin də bundan istifadə etmək niyyəti və ehtiyacı yaransa qeyd edilən vəsait ayrılacaq”, – deyə o əlavə edib.

MənbəAZƏRTAC
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər