12 C
Baku
Thursday, March 28, 2024

Azərbaycanda “Lada”ların satışı 20%-dən çox azalıb

2015-ci ildə “AvtoVAZ” xaricə 28 461 ədəd “Lada” ixrac edib.

2014-cü illə (23 330 ədəd) müqayisədə Rusiyanın avtomobil istehsalçısı ixracı 45% azaldıb.

Qazaxıstan “AvtoVAZ” üçün əsas xarici bazar olaraq qalır. Ötən il Qazaxıstana 14 278 ədəd “Lada” ixrac olunub ki, bu da illik müqayisədə 65,9% azalma deməkdir.

Hesabat dövründə Azərbaycana 4 690 ədəd “Lada” idxal olunub ki, bu da 2014-cü illə müqayisədə 1,4 dəfə çoxdur.

TOP-5 idxalçı ölkələr siyahısına Misir, Ukrayna və Almaniya da daxildir.

Cari ilin I rübündə isə “AvtoVAZ” öz avtomobillərini əsasən Belarus, Almaniya, Azərbaycan və Macarıstana ixrac edib. “AvtoVAZ” bildirir ki, bu ilin ilk 3 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycanda satışlar 20,6% azalaraq 527 ədəd avtomobilə çatıb.

APA

 

Son xəbərlər
Digər xəbərlər