15 C
Baku
Friday, March 29, 2024

Azərbaycanda lisenziya almaq asanlaşır

2018-ci ildə Azərbaycanda elektron lisenziyalar və icazələr portalı (www.lisenziya.gov.az) istifadəyə veriləcək. Bu barədə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov məlumat verib.

Bu gün İqtisadiyyat Nazirliyi portalın təqdimatını keçirib.

S.Məmmədov vurğulayıb ki, portalın işə salınması bu və ya digər fəaliyyətlə məşğul olmaq üçün lisenziya və icazələrin alınması ilə bağlı müraciət ünvanlamağa kömək edəcək.

Lisenziyalar “ASAN xidmət” vasitəsilə veriləcək.

“Aparılan islahatlar nəticəsində lisenziya tələb edən fəaliyyət növlərinin sayı 59-dan 37-ə, icazə tələb edən fəaliyyət növlərinin sayı 300-dən 86-ya enib”, – deyə nazir müavini qeyd edib.

Son xəbərlər
Digər xəbərlər