18 C
Baku
Thursday, April 25, 2024

Azərbaycanda maliyyə inklüzivliyinin gücləndirilməsi istiqamətində növbəti addım

Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin icrası çərçivəsində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) maliyyə inklüzivliyinin gücləndirilməsi prioritet hədəfi üzrə vətəndaşların maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirir. Bu barədə Banker.az-a Palatadan daxil olanməlumatda deyilir.

Belə ki, Palata tərəfindən yaradılmış İşçi Qrupuna daxil olan təşkilatların birgə fəaliyyəti nəticəsində “Günay Bank” ASC təmsil olunduğu “Sumqayıt ASAN” mərkəzində ödəniş kartları ilə Hökumət Ödəniş Portalı (HÖP) üzərindən təqdim olunan xidmətlər üzrə nağdsız ödənişlərin aparılması üçün POS-terminal quraşdıraraq vətəndaşların istifadəsinə təqdim etmişdir. Bu POS-terminallar vasitəsilə kütləvi xidmətlərin və bir sıra büdcə ödənişlərinin nağdsız formada ödənilməsi artıq mümkündür.

Digər “ASAN xidmət” mərkəzlərində də nağdsız ödəniş şəbəkəsinin genişləndirilməsi üzrə fəaliyyət davam etdirilir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər