15 C
Baku
Saturday, April 20, 2024

Azərbaycanda maliyyəçilərin orta aylıq əmək haqları açıqlandı: 13% artıb

Azərbaycanda maliyyə və sığorta sektorunda çalışanların orta aylıq nominal əmək haqqı 2017-ci ildə 1 388,6 manat təşkil edib.

Rəsmi statistikaya istinadən verdiyi xəbərə görə, 2016-cı illə müqayisədə orta aylıq nominal əmək haqqında 12,97% və ya 159,4 manat artım qeydə alınıb.

Orta aylıq nominal əmək haqqı dövlət sektorunda 1 460,5 manat, özəl sektorda 1 373,0 manat olub.

Qeyd edək ki, 2017-ci ilin ilkin məlumatlarına əsasən, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2016-cı ilə nisbətən 5,7% artaraq 528,2 manata çatıb. Əmək haqqı neft sektorunda 3 079,2 manat, qeyri-neft sektorunda 468,3 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əmək haqları 396,9 manat, özəl müəssisələrdə isə 710,4 manat olub.

Son xəbərlər
Digər xəbərlər