8 C
Baku
Thursday, March 28, 2024

Azərbaycanda marja ticarətinə dair qaydalar dəyişəcək

Azərbaycanda “Qiymətli kağızlar bazarında marja ticarətinə dair Qaydalar”a əlavə və dəyişikliklər ediləcək.

“Report”un əldə etdiyi məlumata görə, hazırda bu məsələ Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Kapital bazarına nəzarət Departamentinin, Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyasının, ölkədə fəaliyyət göstərən investisiya şirkətlərinin iştirakı ilə müzakirə olunur.

Dəyişikliklərdən sonra şirkətlərə marja ticarəti (foreks əməliyyatları) zamanı platforma seçmək, xarici maliyyə qurumlarından likvidlik əldə etmək kimi məsələlərdə sərbəstlik veriləcəyi gözlənilir. Eləcə də, Azərbaycanda qəbul edilmiş törəmə maliyyə alətlərinin siyahısına yenidən baxılacağı istisna edilmir.

Xatırladaq ki, Azərbaycanda hazırda qüvvədə olan marja ticarətinə dair qaydaları ötən ilin əvvəlində, o vaxtkı Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (hazırda onun səlahiyyətləri MBNP-dədir) təsdiq edib. Bununla belə, yerli investisiya şirkətləri qaydalarda xeyli sayda çatışmazlıqların mövcud olması, onların qiymətli kağızlar bazarının tələblərinə tam cavab verməməsi qənaətindədir.

Son xəbərlər
Digər xəbərlər