5 C
Baku
Friday, March 29, 2024

Azərbaycanda mobil operatorlar illik 300%-lə kredit verir

Azərbaycanda krediti təkcə banklar və ya bu tip kredit təşkilatları ilə yanaşı, həmçinin digər qurumlarda verir. Sadəcə bu kreditlərin bizim bildiyimiz kreditdən fərqi, prosesin mübadilə modeli üzərində qurulmasındadır.

Bu sxemlə Azərbaycanda mobil operatorlarda işləyirlər. Yəni, sizin mobil telefonunuzda danışıq dəqiqələri olmadıqda, siz bunu müəyyən şərt daxilində  operatordan kredit şəklində ala bilərsiniz.

O zaman belə bir kreditin qiyməti nə qədərdir? Əslinə qaldıqda, rəqəmlər kiçik olduğundan, bu rəqəmlər gözə görünməyə bilər. Lakin, artıq bu məbləğləri bank sistemində anuitet sisteminə gətirdikdə, görünürki rəqəmlər kifayət qədər reallıq üçün fantastikdir.

Gəlin məsələyə sadə bir misal üzərindən baxaq. Qiymətlər demək olar bütün mobil operatorlarında eynidir – o baxımdan şirkət adını qeyd etmirik. Misal üçün, əgər siz operatordan 1 manatlıq danışıq krediti götürsəniz, geriyə ödəyəcəyiniz məbləğ 1 manat + 20 qəpik olacaqdır. 20 qəpik anuitet cədvəli ilə təxminən 25% bərabərdir (effektiv faiz 20%) və bu 25% təkcə bir ayın faizidir. Məlumat üçün bildirək ki, demək olar bütün bank faizləri aylıq hesablanır və demək olar 99% bankda bu rəqəm 2-3% civarındadır. Belə çıxır ki, mobil operatov müştərilərinə “konturu” illik faizlə ifadə etsək, təxminən 25*12 ay = 300% kreditə verirlər.

Azərbaycanda fəaliyyət göstərən hər üç operatorun şərtləri ilə sizləri tanış edirik.

1

2

3

Excel formatında daha aydın oxumaq üçün

*Qeyd 1. 21.10.2015 tarixindən etibarən iki ödənməmiş kredit borcu olan abunəçilər üçüncü kredit məbləği tələb edə bilər. Üçüncü kredit məbləğini götürmək üçün şərtlər nömrənin balansı son 90 gün ərzində ən az 30 AZN artırılmalı və nömrənin kredit tarixçəsində daha əvvəl 3 tam ödənmiş kredit olmalıdır.Balansınızı ödəniş edərək artırdıqdan sonra,kredit məbləği balansdan silinəcəkdir.

Son xəbərlər
Digər xəbərlər