15 C
Baku
Friday, April 26, 2024

Azərbaycanda “Müflisləşmə və iflas haqqında” qanuna dəyişiklik edilib

Bu gün Milli Məclisin plenar iclasında “Müflisləşmə və iflas haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.

“APA-Economics”in məlumatına görə,Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, bu qanuna yeni maddənin əlavə olunması təklif edilir. Komitə sədri əlavə edib ki, bu dəyişiklik Azərbaycanda investisiya və sığorta bazarının inkişafı ilə əlaqədardır: “Yeni maddəyə əsasən, səhmdar investisiya fondu və sığortaçı bu qanunla yanaşı, müvafiq olaraq “İnvestisiya fondları haqqında” və “Sığorta fəaliyyəti haqqında” qanunların tələbləri nəzərə alınmaqla müflis elan edilir”.

Trend-in məlumatına görə, hər 3 qanuna edilən dəyişikliklə müddət konkretləşməsi aparılıb. Belə ki, “Banklar haqqında” qanuna edilən dəyişikliklə aktivlərin açıq hərrac yolu ilə satılması bankın müflis elan olunması haqqında məhkəmə qərarının qüvvəyə minməsi tarixindən 30 gündən gec olmayaraq həyata keçiriləcək.

Qeyd edək ki, dəyişiklikdən öncə bu müddət konkretləşməmişdi. Bildirək ki, kreditorların banka qarşı təsdiqlənmiş tələblərinin təminatı və bankın öz tələblərinin təminatı olan bütün aktivlər ləğvedici tərəfindən açıq hərracda satılır.

Bu qanun bütün kommersiya (banklar istisna olmaqla) və qeyri-kommersiya təşkilatlarına şamil edilir. Sənəd Azərbaycan Mərkəzi Bankına şamil edilmir.

Qanunda istifadə edilən “borclu” anlayışı həm borclu müəssisələrə, həm də fərdi borclulara aiddir.

Qeyd edək ki, bu dəyişiklik “Müflisləşmə və iflas haqqında” və “Banklar haqqında” Azərbaycan Respublikası qanunları arasında olan uyğunsuzluğu aradan qaldırmaq məqsədi daşıyır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər