15 C
Baku
Friday, March 29, 2024

Azərbaycanda nə qədər pensiyaçı var?

2015-ci ilin əvvəlinə ölkədə pensiyaçıların sayı 1 290 000 nəfər olmaqla əhalinin 13,6 faizini təşkil edib.

Bu barədə  Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, 2006-cı il yanvar ayının 1-dən tətbiq edilən sığorta-pensiya sistemi əmək pensiyalarının baza hissəsinin istehlak qiymətləri indeksi nəzərə alınmaqla bütün pensiyaçılar üzrə bərabər məbləğdə artırılmasını və sığorta hissəsinin indeksləşdirilməsini nəzərdə tutur ki, bu da bazar iqtisadiyyatı mühitində vətəndaşların pensiya təminatı hüququnun etibarlı müdafiəsini təmin edir.

İlkin məlumatlara əsasən, təyin olunmuş aylıq pensiyaların orta məbləği 173,4 manata çataraq orta aylıq əmək haqqının 39,1 faizini təşkil edib.

Cari ilin əvvəlinə 335,3 min nəfər sosial müavinət, 51,6 min nəfər Azərbaycan Respublikası qarşısında xüsusi xidmətlərə görə təqaüd və 120,7 min ailənin 527,2 min nəfər üzvü ünvanlı dövlət sosial yardımı alıb. 2014-cü il ərzində birdəfəlik müavinət alanların sayı 116,4 min nəfər olub.

Son xəbərlər
Digər xəbərlər