21 C
Baku
Thursday, April 25, 2024

Azərbaycanda ödənilməmiş mənzil tələbatı hər il 5 min artır

Azərbaycanda daha yüksək maliyyə dayanıqlığı olan tikinti şirkətləri satış qiymətlərini artıq ABŞ dollarına keçirib. Bunu agentliyə açıqlamasında “MBA Ltd.” konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib: “Məhz bu səbəbdən ilkin mənzil bazarında nisbi qiymət artımı müşahidə olunur”.

N.İbrahimov deyib ki, Azərbaycanda əhalinin artımı sayəsində cari mənzil tələbatı hər il orta hesabla təxminən 30 min artır: “Əhalinin artımı ilə bağlı statistik məlumtlara fikir versək görərik ki, il ərzində təxminən 100 minə yaxın insan doğulur. İl ərzində ölənlərin sayını və doğulanların yarısının qız, yarısının oğlan olduğunu nəzərə alsaq hər il 30 minə yaxın yeni mənzil tələbatının yarandığını müəyyən etmək olar. Dövlət Statistika Komitəsinin göstəricilərinə görə, hər il orta hesabla 15-17 min yeni fərdi ev və mənzil tikilir. Əgər hətta qanunsuz inşa olunan evləri də nəzərə alsaq görərik ki, il ərzində təxminən 5 min ailənin evə olan tələbatı ödənilməmiş qalır. Hər il bu rəqəmlər toplandıqda isə çox böyük göstərici əmələ gəlir”.

“Həmin ailələr isə təbii ki, aztəminatlı əhali kateqoriyasına aiddir. Tələbat ilbəil artır və nəticədə sosial gərginlik yarana bilər. Bu problemin həlli üçün isə ya satış qiymətləri aşağı salınmalı, ya da insanların ödəmə qabiliyyəti artırılmalıdır. Bir sözlə, bazarda balans yaradılmalıdır”, – deyə ekspert qeyd edib.

Ekspert hesab edir ki, Azərbaycanda əmlak bazarında canlanma yaratmaq və bazara inamı artırmaq üçün qanunvericilikdə olan boşlıuqlar da aradan qaldırılmalıdır: “Qanunvericilikdə müəyyən boşluqlar var. Məsələn, Mənzil Məcəlləsinin MTK-larla bağlı hissəsində qeyd olunur ki, bina Dövlət Komissiyasına təhvil veriləndən sonra 6 ay müddətində Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti yaradılmalı və bina bu cəmiyyətə idarəetməyə verilməlidir. Bu səbəbdən də heç bir tikinti şirkətinin sahibi binasını təhvil verməkdə maraqlı deyil və bu proses uzanır, nəticədə yaranmış vəziyyətdən bina sakinləri əziyyət çəkirlər”.

Report

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər