26 C
Baku
Friday, April 19, 2024

Azərbaycanda orta aylıq əməkhaqqı 23 manat artdı

2018-ci ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,5 faiz artaraq 532,4 manat olub. Fevral ayı ilə müqayisədə isə 22,6 manat artımın olması deməkdir.

İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olmuşdur.

2018-ci il aprelin 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1532,3 min nəfər olmuş, onlardan 888,9 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 643,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.

Banker.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin açıqladığı hesabatda deyilir.

Məlumata görə, muzdla işləyənlərin 21,7 faizi təhsil, 19,0 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,5 faizi sənaye, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,1 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 6,2 faizi tikinti, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 3,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6 faizi maliyyə və sığorta fəaliyyəti, 11,1 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.

Son xəbərlər
Digər xəbərlər