19 C
Baku
Wednesday, October 2, 2024

Azərbaycanda ötən ay poçt və kuryer xidmətləri bahalaşıb

2024-cü ilin avqust ayında əvvəlki ayla müqayisədə nəqliyyat və anbar təsərrüfatı xidmətləri üzrə qiymət indeksi 0.6%, o cümlədən nəqliyyatda yükdaşıma xidmətləri üzrə 0.7%, anbar təsərrüfatı üzrə isə 0.6% bahalaşıb.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Ay ərzində poçt, kuryer və rabitə xidmətlərinin qiymətlərində əvvəlki ayla müqayisədə dəyişiklik müşahidə olunmayıb. İllik müqayisədə isə poçt və kuryer xidmətləri 0.4% bahalaşıb.

2024-cü ilin yanvar-avqust aylarında isə 2023-cü ilin yanvar-avqust aylarına nisbətən 0.6% bahalaşıb.

Son xəbərlər
Digər xəbərlər