25 C
Baku
Saturday, April 20, 2024

Azərbaycanda risklərə aid forum işə başlayıb

“Gələçəyə baxış: Bank sektorunun üzləşdiyi risklər və çağırışlar” mövzusuna həsr olunmuş II Bakı Risk Forumu Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının (ARPA) təşkilatçılığı ilə 26 may 2016-cı il tarixində “Holiday İnn Baku” otelində işə başladı. Ölkənin və regionun nüfuzlu risk peşəkarlarını, maliyyə analitiklərini, beynəlxalq reytinq agentliklərini, dövlət və özəl sektorun nümayəndələrini bir araya gətirən forumda 30-dan artıq təşkilatdan 100-ə yaxın nümayəndə iştirak etdi.

Əsas məqsəd bank sektorunda risklərin idarə olunması istiqamətində görülən işlər, müasir meyllər, normativ-hüquqi sənədlər, yaranan problemlər və onların aradan qaldırılmasını həm təcrübi, həm də nəzəri baxımdan müzakirə etmək, I Bakı Risk Forumundan ötən iki il ərzində dünyada maliyyə sektorunda baş verənləri qiymətləndirmək və nəticələr çıxarmaqdır.

Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının rəhbərliyi, üzvləri, risklərin idarə olunması üzrə ekspert qrupu və “Risk” jurnalının təmsilçiləri, Azərbaycan Bank Tədris Mərkəzi, Rusiyanın Risklərin İdarəedilməsi Cəmiyyəti, Beynəlxalq Maliyyə Təşkilatı, “Moody’s”, KPMG, Deloitte kimi maliyyə və audit təşkilatlarının məruzələri ümumi məqsəddən irəli gələn mövzulardan ibarətdir.

II Bakı Risk Forumu həmçinin sektorda peşəkar mütəxəssis hazırlığı, ixtisaslaşma və ixtisasartırma sahəsində problemlərə də toxunur. Bu məqsədlə Azərbaycan Dövlət İqtisad Universitetinin, ADA Universitetinin, Qafqaz və Xəzər Universitetlərinin səlahiyyətli nümayəndələri Forumun fəal iştirakçılarıdır.

Forum qlobal mövzular və onlar ətrafında maraqlı müzakirələr şəraitində davam etdi. Risk peşəkarlarının Forumdan gözləntiləri və Foruma töhfələri iştirakçılar tərəfindən maraqla qarşılandı.

Qeyd edək ki, Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası 19 mart 2009-cu ildə təsis edilib. Hazırda Assosiasiya 1000-dən çox fərdi, 20-dən çox korporativ üzvə malikdir.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər