25 C
Baku
Friday, April 19, 2024

Azərbaycanda sığorta sahəsinin maliyyə sektorunda payı 4 dəfə artırılacaq

“Qəbul edilmiş Strateji Yol Xəritələrinə əsasən, yaxın illər ərzində Azərbaycanda sığorta bazarı 3 dəfə böyüməlidir. Bunun üçün isə kənd təsərrüfatı sığortası inkişaf etdirilməlidir”.

Bunu Bakıda keçirilən beynəlxalq sığorta konfransında Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri Mustafa Abbasbəyli deyib.

O həmçinin xatırladıb ki, Maliyyə Bazarlarına Nəzarət Palatası aqrar sığorta ilə bağlı qanun layihəsi hazırlayıb.

Tədbirdə çıxış edən Palatanın baş icraçı direktoru İbrahim Alışov isə deyib ki, hazırda Azərbaycanda sığorta sahəsi 1,114 mlrd. manat məbləğində aktivlərə malikdir. Bu sahənin maliyyə sektorunda 2%, qeyri-neft sektoru üzrə ümumi daxili məhsulda (ÜDM) isə 0,8%-dir: “2020-ci ildə bu rəqəmləri müvafiq olaraq 8%-ə və 1,4%-ə çatdıracağıq. Həmçinin sığorta sahəsində 1600 yeni iş yerinin açılması planlaşdırılır”.

Xatırladaq ki, konfransın işi sabah yekunlaşacaq.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər