23 C
Baku
Tuesday, April 23, 2024

Azərbaycanda startap-layihələrin inkişafına kreditin alınması üçün qeydiyyat sadələşdiriləcək

Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu startap-layihələrin inkişafına kreditlərin alınması üçün müraciət formasını avtomatlaşdıracaq. Bu barədə  İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondundan məlumat verilib.

Fond bu məqsədlə proqram təminatı almağı planlaşdırır.

“E-kredit” proqram təminatı fondun rəsmi resursuna (ictfund.gov.az) daxil ediləcək. “E-kredit” artıq fəaliyyət göstərən “E-Qrant” proqram təminatı prinsipi əsasında işləyəcək.

Xatırladaq ki, “E-Qrant” qrant maliyyələşməsi üçün startap-layihələrin qeydiyyat imkanını nəzərdə tutur.

Trend

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər