14 C
Baku
Thursday, April 25, 2024

Azərbaycanda uçot dərəcəsi 8-10% intervalında ola bilər

“Azərbaycan Mərkəzi Bankı üçün uçot dərəcəsinin 8% olması komfort hesab olunur”.

Bunu bu gün keçirilən mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov deyib. Onun sözlərinə görə, əgər ilin ikinci yarısında inflyasiya aktivləşərsə, bu komfort zona dəyişə bilər.

“Ümumilikdə iqtisadi vəziyyət dəyişərsə, uçot dərəcəsi 8-10 faiz intervalında ola bilər. Bütövlükdə makroiqtisadi sabitliyin təmini üçün məqsədimiz birrəqəmli inflyasiya, məqbul volatilliyə və proqrnozlaşdırılabilən məzənnəyə nail olmaqdır. Digər qurumlarla birgə bu istiqamətdə işləməyik”, – deyə E.Rüstəmov əlavə edib.

MənbəAPA
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər