22 C
Baku
Friday, April 19, 2024

Azərbaycanda yaşayış minimumu 12%-ə yaxın artırılır

2018-ci ildə Azərbaycanda yaşayış minimumu 173 manat proqnozlaşdırlıb ki, bu da 2017-ci ilin göstəricisi ilə müqayiasədə 11 faiz çoxdur.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə parlamentin bu gün keçirilən iclasında deyib.

Komitə sədri bildirib ki, yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 183 manat, pensiyaçılar üçün 144 manat, uşaqlar üçün 154 manat məbləğində proqnozlaşdırılır.

Qeyd edək ki, 2017-ci ildə yaşayış minimumu 155 manat, o cümlədən əmək qabiliyyətli əhali üçün 164,5 manat, pensiyaçılar üçün 130,2 manat və uşaqlar üçün 136,6 manat nəzərdə tutulub.

Son xəbərlər
Digər xəbərlər