12 C
Baku
Thursday, March 28, 2024

Azərbaycanda yeni fond yaradılması təklif edilir

Azərbaycanda əmək təhlükəsizliyinin təşkil olunması ilə bağlı böyük iş aparılmalıdır.

Bunu jurnalistlərə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Nazir vurğulayıb ki, Azərbaycanda Əmək Təhlükəsizliyi Fondu yaratmaq lazımdır:

“Biz bu sahədə işimizi gücləndirməliyik. Bununla belə, iş istehsalatda bədbəxt hadisələrdən sonra yoxlamalarla bitməməlidir. Bu cür hadisələrin qarşısının alınması üçün profilaktik və preventiv tədbirlər həyata keçirilməlidir”.

S.Müslümov onu da qeyd edib ki, statistik məlumatlara əsasən, 2017-ci ildə istehsalatda baş verən bədbəxt hadisələr nəticəsində xəsarət alanların sayı azalıb:

“Bununla belə, fondun yaradılması və onun hesabına öyrədici tədbirlərin həyata keçirilməsi, bəzən isə işə götürənlərə praktiki köməyin göstərilməsi zəruridir”.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər