16 C
Baku
Thursday, April 18, 2024

Azərbaycanda “Yüksək texnologiyalar məhsullarının təsnifatı” hazırlanıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və Dövlət Statistika Komitəsinin mütəxəssisləri tərəfindən “Yüksək texnologiyalar məhsullarının təsnifatı” işlənib hazırlanıb. Təsnifat 24 fevral 2018-ci il tarixindən qüvvəyə minib.

“Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramının” 5.2.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə hazırlanmış AZT 051-2018 “Yüksək texnologiyalar məhsullarının təsnifatı” Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Kollegiyasının 12 fevral 2018-ci il tarixli 180108500003 nömrəli qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən 23 fevral 2018-ci il tarixində Hüquqi Aktların Dövlət Reyestrinə (http://www.huquqiaktlar.gov.az/StatementDetails.aspx?statementId=40528 ) daxil edilib.

Elmtutumlu və yüksək texnoloji məhsullarla bağlı təsnifatlara dair beynəlxalq təcrübələrin araşdırılması nəticəsində sözügedən təsnifat Beynəlxalq Standart Ticarət Təsnifatının (“Standard International Trade Classification” – SITC Rev.4) əsasında hazırlanıb.

Avropa İttifaqının Statistika Bürosunun CPA2008 (“Statistical classification of products by activity”) təsnifatı və 01 sentyabr 2009-cu il tarixdən ölkəmizdə tətbiq edilən Məhsul Növləri Təsnifatının (MNT) III versiyası ilə uzlaşdırılıb.

Bu təsnifat yüksək texnologiyalar məhsullarını təsvir etmək üçün nəzərdə tutulub.35671gthq0 400

Son xəbərlər
Digər xəbərlər