14 C
Baku
Thursday, April 25, 2024

Azərbaycandakı banklar nağd valyuta bazarında nə qədər qazanır? – Monitorinq

Fəaliyyətdə olan 32 bank arasında dollarının nağd şəkildə alqı-satqısından ən çox qazananların siyahısında “YapıKredi Bank” yenə liderdir.

Banker.az-ın saat 15:27 radələrində apardığı monitorinqə əsasən, Bank ABŞ dollarını 1,6304 alaraq 1,8400 manata satır . Bu da o deməkdir ki, Bankın 1 dollar üzrə gəlrlik marjası 0,2096 manatdır.

Banklar arasında dollar mubadiləsindən ən az qazanan isə “Bank BTB”dir. Bu kommersiya bankında alış qiyməti 1,7900 manat, satış qiyməti isə 1,8300 manatdır. Yəni, hər dollar üzrə gəlirlilik marjası 4 qəpikdir.

DOLLAR/MANAT

[table id=399 /]


Kommersiya bankları arasında avronun nağd şəkildə satışından ən çox qazanan yenə “Yapi Kredi”dir. Bu bank Avropa valyutasını 1,7312 manatdan alır, 1,9538 manata satır. Yəni, 1 avro üzrə gəlirlilik 22 qəpikdir.

Avro alverindən ən az qazanan da yenə “Bank BTB”dır. Bu bankda alış qiyməti 1,8700 1,9500 manat, satış qiyməti isə 1,9720 manatdır. Yəni, hər avro üzrə gəlirlilik marjası 8 qəpikdir.

AVRO/MANAT

[table id=400 /]

Xatırladaq ki ötən həftə Report agentliyi belə bir araşdırma aparmışdı yenə ən çox qazanan “YapiKredi Bank” olmuşdu.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər