16 C
Baku
Thursday, April 25, 2024

Azərbaycandakı konserv zavodlarından biri özəlləşdirməyə çıxarılır

Əmlak Məsələləri Dövlət Komitəsi(ƏMDK) noyabrın 14-də dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərracını keçirəcək.Hərraca 21-i kiçik dövlət müəssisə və obyekti, 7-si istifadəsiz qeyri-yaşayış sahəsi, 20-si səhmdar cəmiyyəti, 8-i isə nəqliyyat vasitəsi olmaqla 56 dövlət əmlakı çıxarılıb.

Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisə – “Azinterservis”, “Tərtər Konserv”, “Bərdə Kərpic”, “Azərmetalinvest“, “Çatal Broyler”, “Goranboy Sənaye“ və digərləri var. Onların investorlara təklif olunan səhm paketləri nizamnamə kapitalının 30-45%-ni təşkil edir. Belə əmlaklar arasında ilkin start qiyməti ən çox olanı “Azinterservis” ASC-dir. Bu müəssisənin səhmlərinin 30%-nə 135 min manat qiymət qoyulub. Qiymətində digərlərindən fərqlənən “Bərdə Kərpic” ASC-nin 30% səhmi isə 90 min manata yaxın təklif olunur.

Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrinə aiddir. Bu əmlaklar paytaxtla yanaşı Sumqayıt, Bərdə, Cəlilabad, İmişli, Göygöl, Şəmkir, Masallı və digər şəhər və rayonlarda yerləşir. Onların ümumi faydalı sahəsi 17 – 11 266 kv.m arasında dəyişir. Hərracda ən yüksək qiymətə özəlləşdirməyə açıq elan edilən kiçik dövlət müəssisəsi Balakəndə yerləşən Əmlak kompleksidir. Adı çəkilən əmlak 715 min manata təklif edilir. Onun Torpaq sahəsi 37 min 602 kv.m-ə, ümumi faydalı sahəsi isə 11 min 266 kv.m-ə yaxındır. Əmlak torpaq sahəsi ilə birgə özəlləşdirməyə çıxarılır.

Hərracda fəaliyyətini yenidən qurmaqla daha çox gəlir gətirə biləcək əmlaklar sırasında Bakının Sabunçu rayonunda yerləşən 10 saylı mağazanı nümunə kimi göstərmək olar. Həmin obyekt investorlar üçün xidmət sahəsində yaxşı qazanc deməkdir. Əmlakın ümumi faydalı sahəsi 1133 kv.m-ə, torpaq sahəsi isə 2716 kv.m-ə yaxındır.

Bundan başqa, Şəmkir yun tədarükü məntəqəsi də sahibi üçün sənaye sahəsində gəlirli hesab olunur.

Özəlləşdirilməyə açıq elan edilən istifadəsiz qeyri-yaşayış sahəsindən isə 4-ü paytaxtda, qalanları isə respublikanın digər rayon və şəhərlərində yerləşir. Ən yüksək ilkin satış qiyməti paytaxtın Səbail rayonunda yerləşən qeyri-yaşayış sahəsinə təklif olunub. Belə ki, bu əmlak 125 min manat start qiyməti ilə hərraca çıxarılıb. Özəlləşdirilməyə açıq elan edilmiş belə əmlakların sahəsi 13 -600 kv.m arasında dəyişir. Bu isə vətəndaşlarda seçim imkanını artırır.

Qeyd edilməlidir ki, daha az investisiya tələb edən əmlaklar da hərraca çıxarılıb. Bunlardan Gəncədə yerləşən 206 kv.m olan qeyri-yaşayış sahəsini nümunə kimi göstərmək mümkündür. Həmin əmlakın ilkin start qiyməti 10 min manat təşkil edir.

Hərraca çıxarılan nəqliyyat vasitələrinin ilkin start qiyməti 1 600-5 200 manat arasında dəyişir. Məsələn, 2007-ci ilin istehsalı olan “BMW-320” markalı minik avtomobilinin ilkin start qiyməti 5 200 manat olmaqla alıcılar üçün olduqca əlverişlidir.

Hərraca çıxarılan əmlaklar haqqında ətraflı məlumatı aşağıdakı linkdən əldə etmək mümkündür.

http://privatization.az/index.php/az/component/content/article?layout=edit&id=2783

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər