21 C
Baku
Thursday, April 25, 2024

“Azərbaycanın ərzaq brendləri müxtəlif ölkələrin istehsalçıları tərəfindən oğurlanır”

Azərbaycanın ərzaq məhsulları brendləri, xüsusilə də şərab brendləri oğurlanaraq müxtəlif ölkələrin istehsalçıları tərəfindən istifadə olunur.

Bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bəyan edib: “Azərbaycan məhsulları brendlərinin oğurlanmasında ən böyük təhlükə Ermənistan təxribatıdır”.

Komitə sədri “Ağdam” şərabı ilə bağlı son dövrdə yaranan problemi də xatırladıb.

“Ağdam” brendini başqa ölkələrdə istifadə edirlər. Tanınmış “Ağdam” brendi altında müəyyən məhsul istehsal edib satırlar. Azərbaycan brendlərinin oğurlanmasının qarşısını almaq üçün müəyyən tədbirlər görülür. Hələlik beynəlxalq mexanizm mövcud deyil. Patentlər və Əmtəə Nişanları Mərkəzi səlahiyyəti çərçivəsində bu məsələləri həlletməyə çalışır. Bu hadisələrin baş verdiyi ölkələrdə müvafiq qurumlarla əlaqə saxlayır, müəyyən məsələlərin həllinə nail oluruq”, – R.Həsənov əlavə edib.

Komitə rəhbəri bildirib ki, coğrafi göstəriciərin beynəlxalq aləmdə bir əqli mülkiyyət obyekti olaraq qorunması məsələsi tam öz təsdiqini tapmayıb, hazırda beynəlxalq mexanizmlər yoxdur.

“BMT-nin Ümumdünya Əqli Mülkiyyət Təşkilatı coğrafi göstəricilərin qorunması sahəsində dövlətlərarası komitə yaradıb. Bu gün həmin komitə tərəfindən coğrafi göstəricilərin qorunması mexanizmi araşdırılır. İnanırıq ki, tezliklə bu mexanizm işlənib hazırlanacaq. Fransanın bu sahədə çoxillik təcrübəsi var, ona görə onların təcrübəsinin öyrənilməsi üçün Bakıda elmi-paktiki konfrans təşkil etdik ki, yerli istehsalçılar bu sahədə müəyyən biliklərə malik olsunlar”, – R.Həsənov vurğulayıb.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər