18 C
Baku
Thursday, April 25, 2024

Azərbaycanın 1 nömrəli bankirinin həyatı

Elman Sirac oğlu Rüstəmov 29 İyun 1952 ildə Cəbrayıl rayonunda dünyaya göz açmışdır. Ölkənin baş bankirinin 1969-cu ildə Bünyadzadə adına Xalq Təsərrüfatı institutuna (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) daxil olur.  “Xalq təsərrüfatının planlaşdırılması” ixtisası üzrə 4 il təhsil aldıqdan sonra oranı fərqlənmə diplomu ilə bitirir. İnstitutu bitirdikdən sonra o ilk iş yeri olaraq 1973-cü ildə  Azərbaycan SSSR Dövlət Plan Komitəsi yanında Elmi-tədqiqat İqtisadiyyat İnstitutunun iqtisadçısı vəzifəsində başlamışdır.

1974-cü ildə Elman Rüstəmov hərbi xidmətdən geri döndükdən sonra 3 il müddətinə aspiranturada təhsil almışdır. Namizədliyini 1986-cı ildə müdafiə etmişdir. 1990-92-ci illərdə Moskva şəhərində doktorluq dərəcəsin müdafiə etdikdən sonra vətənə dönmüşdür. Azərbaycanda o ilk olaraq Azərbaycan Respublikası Prezident apratında baş məsləhətçi kimi çalışmışdır. Çox keçmirki o 1992-ci ildə Milli Banka idarə heyətinin 1-ci müavini təyin edilir. Eyni zamanda o 1993-94 illərdə Kənd Təsərrüfatı – Sənaye birləşmiş səhmdar bankında idarə heyətinin sədrinin müavini vəzifəsində çalışmışdır.

Elman Rüstəmov Azərbaycan Respublikasının Milli  Bankına  1995-ci ildə İdarə heyətinin sədri təyin edilir və o vaxtdan indiyə qədər bu quruma başçılıq edir.

Elman Rüstəmov 2008-2009 illədə dünyada baş verən böhran zamanı Azərbaycanın maliyyə bazarında atdığı bir çox addımlarla yadda qalıb. İlk olaraq onun rəhbərliyi altında yenidən maliyyələşdirmə faizi 15%-dən 2% endirilmişdir və ehtiyatlarla bağlı əmsal 12%-dən  0.5% endirilmişdir. Ümumi götürdükdə Elman Rüstəmovun o dövrki siyasəti daha çox stabilliyin qorunub saxlanmağına yölnəlmişdirki bu siyasət soranki mərhələlərdə özünü doğrultmuşdur.

Elman_Rustamov_&_Kirsan_IlyumzhinovElman Rüstəmov 1995-ci ildən bəri Mərkəzi bankın idarə heyətinin sədri olmaqla yanaşı Dünya Bankı Qrupunda, Avropa Yenidənqurma və İnkişaf Bankında və  Azərbaycan üzrə administrator sələhiyyətlərini daşıyır.

Azərbaycanın baş bankiri maliyyə sahəsində çalışmaqla   paralel , 2007-ci ildə Azərbaycan Şahmat federasiyasının sədri təyin edilmişdir.

Qeyd edək ki, Elman Rüstəmov ailəlidir və 3 övladı vardır. Bizdə olan məlumata görə bankirin qızı Londonda  “Central Saint Martins”  universitetinin dəb fakültəsi üzrə yüksək dərəcəli diploma sahibdir və o Fransada moda fəaliyyəti ilə məşğuldur. Günel xanımın əl işləri dünyaca məşhur aktrisalar tərəfindən geniş istifadə olunur.

İmzası:   Capture


Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər

3 ŞƏRH

Comments are closed.