23 C
Baku
Tuesday, April 23, 2024

Azərbaycanın aparıcı holdinqinə yeni baş direktor təyin edilib

“Modern Group of Companies” MMC-yə yeni baş direktor Anar Bayramov təyin edilib.

A.Bayramov indiyə qədər holdinqə daxil olan “Az-Granata Dağıtım” şirkətinin baş direktoru olub və yeni vəzifəsində Mustafa Məmmədovu əvəz edib.

Qeyd edək ki, Anar Bayramov 1985-ci ildə anadan olub. İqtisad Universitetini (XİQ) bakalavr və magistr üzrə bitirib. 10 ildən çox top menecment təcrübəsi var. Müller İnteryer, İdea, ORO Mebel, Azgranata şirkətlərinin rəhbərliyində çalışıb.

2008-2013-cü illərdə Müller İnteryer və ORO Mebel şirkətlərinin rəhbəri olub. 2013-cü ilin sonlarından 2015-ci ilin may ayına kimi Azgranata şirkətinin vitse-prezidenti işləyib. 2015-ci ilin iyul ayından 2017-ci ilin aprel ayına kimi Dəmirbank ASC-nin Marketinq Departamentinin Direktoru kimi çalışıb. 2017-ci ilin aprel ayından Azgranata Dağıtım şirkətinin baş direktorudur.

Anar Bayramov biznes idarəçisi olmaqla bərabər biznes təlimçi, biznes konsultant və biznes bloqçudur. 5 ilə yaxın müddət ərzində İqtisad Universitetinin MBA proqramında menecment tədrisi ilə məşğul olub.

Praktiki marketinq təlimləri olan “Marketinq AİR”in, Azərbaycanda hər il keçirilən “Milli Marketinq Forumu”nun təsisçilərindən biridir.

Facemark.az

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər